Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər öldü - 30 nəfər yaralandı

Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər öldü - 30 nəfər yaralandı
DÜNYA
13:16 10.10.2022
248
Kiyevə edilən raket hücumu zamanı 30 nəfər xəsarət alıb. 

Raket zərbələrinin davam edəcəyi proqnozlaşdırılır. 

Rusiya ordusu Ukraynaya bu gün səhər saatlarından etibarən 75 raket zərbəsi endirib.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy açıqlayıb.

Onun sözlərinə görə, 75 raketdən 41-i zərərsizləşdirilib.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub.
OXŞAR XƏBƏRLƏR