Kiyevə edilən raket hücumu zamanı 30 nəfər xəsarət alıb.
Raket zərbələrinin davam edəcəyi proqnozlaşdırılır.
Rusiya ordusu Ukraynaya bu gün səhər saatlarından etibarən 75 raket zərbəsi endirib.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy açıqlayıb.
Onun sözlərinə görə, 75 raketdən 41-i zərərsizləşdirilib.
Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub.