Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumda şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat verib.
"Marsel prokurorluğu iki yetkin vətəndaşın saxlanmasını və onlar haqqında həbs qətimkan tədbirinin seçilməsini təsdiqləyir", - məlumatda deyilir.
Məlumata görə həmin şəxslərdən biri 1965, ikincisi isə 1977-ci il təvəllüdlüdür. Onların hər ikisi Fransa vətəndaşıdır.