Rusiyanın Marseldəki konsulluğuna hücumla bağlı iki nəfər saxlanıldı

DÜNYA
05:55 26.02.2025
432
Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumda şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat verib.

"Marsel prokurorluğu iki yetkin vətəndaşın saxlanmasını və onlar haqqında həbs qətimkan tədbirinin seçilməsini təsdiqləyir", - məlumatda deyilir.

Məlumata görə həmin şəxslərdən biri 1965, ikincisi isə 1977-ci il təvəllüdlüdür. Onların hər ikisi Fransa vətəndaşıdır.
OXŞAR XƏBƏRLƏR