Rusiyanın Nalçik şəhərində atışma olub.
Bu barədə "Gazeta.ru" məlumat yayıb.
Məlumata görə, hadisə yerinə operativ xidmətlər cəlb edilib.
İlkin məlumata görə, insident zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı xəsarət alıb, vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisənin təfərrüatları və atışmada iştirak edənlərin sayı dəqiqləşdirilir.
/APA