"Rusiyanın NATO-nu şantaj etmək cəhdi əks effekt verdi”.
Bunu Estoniyanın Baş naziri Kaja Kallas tviterdə yazıb.
O, Finlandiyanın artıq NATO üzvü olduğunu xatırladıb: "İsveç də tezliklə Alyansa qoşulacaq. Ukraynanın da layiqli yeri NATO-dur. Bu, Rusiyanın təhdidlərinin qarşısını almağın ən təhlükəsiz və ən etibarlı yoludur”.
K.Kallas bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü çox vacibdir: "Ukrayna hamımız üçün mübarizə aparır”.