Rusiyanın nüvə silahları Belarusda saxlanacaq

Rusiyanın nüvə silahları Belarusda saxlanacaq
DÜNYA
11:55 25.05.2023
160
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb. 

AZXEBER.COM xəbər verir ki, nazirlər Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokolu imzalayıblar.

"Belarus müdafiə naziri Viktor Hrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə ikitərəfli görüş keçirib", - Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilir. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR