Rusiyanın növbəti hədəfi bu şəhərdir - Ukraynadan açıqlama

Rusiyanın növbəti hədəfi bu şəhərdir - Ukraynadan açıqlama
DÜNYA
01:02 21.11.2022
525
Ukrayna Baş Qərargahının sözçüsü Rusiyanın hücum imkanlarını Bahmut şəhərinə yönəltdiyini söyləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahının sözçüsü Oleksandr Ştupun Rusiya ordusunun hücum imkanlarını Ukraynanın Donetsk vilayətinin Bahmut və digər şəhərlərinə yönəltdiyini iddia edib.

Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə hava hücumlarını davam etdirdiyini bildirən Ştupun Xarkov vilayətinin Kupyansk şəhərində mülki infrastrukturlara gündə iki dəfə hava hücumu təşkil edildiyini bildirib. 

Ştupun Ukraynanın Luqansk və Donetsk bölgələrində qızğın toqquşmaların olduğunu, Rusiya qüvvələrinin xüsusilə Bahmut istiqamətində hücumları artırmağa çalışdığını bildirib. 

"Rusiya bütün səylərini Bahmut, Avdiivka və Novopavlovka tərəfində hücum əməliyyatlarını davam etdirməyə yönəldir", - Ştupun deyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR