‘Rusiyanın qərarı Azərbaycanın neft ixracına təsir etməyəcək’ - Fərhad Məmmədov

‘Rusiyanın qərarı Azərbaycanın neft ixracına təsir etməyəcək’ -  Fərhad Məmmədov
SİYASƏT
11:09 20.05.2013
1911

ARDNŞ-in açıqladığı kimi, Bakı-Novorossiyk neft kəməri ilə ildə 5 milyon neft ton ixrac olunurdu və bu ixracat hələ dayanmayıb. 

Hələ ki, bu barədə müzakirələr gedir. Bu dövr ərzində də bir çox məsələlər həll oluna bilər. Rusiyanın Azərbaycan neftini öz ərazisi ilə tranzitini dayandırması qərarına gəlincə, bu təbii ki, Azərbaycana təsir etməyəcək. Çünki ölkəmizin əsas ixrac kəməri Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməridir.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Rusiyanın Bakı-Novorossiyk neft kəməri vasitəsi ilə Azərbaycan neftinin tranzitini dayandırması barədə qərarını şərh edərkən deyib.

Bundan əlavə, SAM-ın direktoru bildirib ki, yaxın illərdə neftin ixracatı azalacaq və bu barədə proqnozlar hələ 90-ci illərin ortalarında verilmişdi. Amma BTC-nin buraxılış imkanları ildə 50 milyon tondur. Kəmərin il ərzində tam gücü ilə işləməsi üçün hələ Qazaxıstanın nefti də lazım olacaq:

"Rusiyanın Azərbaycan neftinin öz ərazisindən tranzitini dayandırması tam iqtisadi məsələdir. Biz hazırda neftimizi Rusiya vasitəsilə də dünyaya çatdırırıq. Bizim əsas məqsədimiz Azərbaycan neftini, enerji ehtiyatlarını dünya bazarına çatdırmaqdır və biz bu məsələni artıq özümüz üçün də həll etmişik".

Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin səviyyəsini şərh edən SAM-ın direktoru bildirib ki, ticarət dövriyyəsi bütün münasibətlərin əsasını təşkil edir:

"Rusiya ilə münasibətlərdə son illərdə bu sahədə artımdan başqa heç nə müşahidə olunmur. Mədəni və digər sahələrdə də əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur".

Rusiyanın Ermənistanı silahlandırılması barədə də danışan F.Məmmədov deyib ki, Ermənistan Rusiya ilə müttəfiqdir və bu çərçivədə də iki ölkə arasında müəyyən işlər aparılır, amma Azərbaycan vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı ildə imzalanmış müqaviləni ləğv edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı