Rusiyanın ötən gün məhv edilən hərbi texnikaları

Rusiyanın ötən gün məhv edilən hərbi texnikaları
DÜNYA
09:13 23.03.2022
313
Ötən gün ərzində Ukrayna hərbçiləri Rusiya ordusunun iki piyada döyüş maşınını, yeddi tankını, altı artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.

Ukrayna müdafiəçiləri gün ərzində Rusiya ordusunun yeddi hücumunu dəf edib və üç BMP-3-nü ələ keçirib.

Həmçinin, hava hücumundan müdafiə bölmələri qarşı tərəfin hava hədəflərini, PUA, dörd təyyarə və bir "Toçka-U” raketini vurub.
OXŞAR XƏBƏRLƏR