Rusiyanın UEFA turnirlərində iştiraka nə vaxt qayıda biləcəyi açıqlandı

Rusiyanın UEFA turnirlərində iştiraka nə vaxt qayıda biləcəyi açıqlandı
DÜNYA
19:10 18.09.2023
256
Rusiya milli komandaları və klublarının nə vaxt UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştiraka qayıda biləcəkləri açıqlanıb.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib.

Onun sözlərinə görə, Rusiya milli komandaları və klubları yalnız Ukraynada Rusiya hərbi əməliyyatları başa çatdıqdan sonra UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştiraka qayıda biləcəklər.

"Rusiya futbola ancaq Ukraynadakı hadisələr bitəndə qayıdacaq", - deyə UEFA rəhbəri vurğulayıb.

O, Rusiyanın "Qazprom” şirkəti əməkdaşlığın dayandırılmasının təfərrüatları barədə danışıb.

Bildirib ki, bu qərar hər şeydən əvvəl simvolik akt idi. Çeferin Rusiyaya qarşı sanksiyalar kampaniyası zamanı "Qazprom"u reklam etməyin çətin olduğunu da söyləyib: "Mənə çox üzücüdür, amma bunu etməli idik. Lakin etiraf etmək lazımdır ki, əksər hallarda hələ də eyni şirkətdən qaz alanlar bu mövzudan şikayətlənirlər”, deyə UEFA prezidenti əlavə edib.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralında UEFA-nın beynəlxalq yarışlarında iştirakdan kənarlaşdırılıb. Eyni zamanda, UEFA 2012-ci ildən Çempionlar Liqasının rəsmi sponsoru olan "Qazprom"la sponsorluq müqaviləsinə xitam verib.
OXŞAR XƏBƏRLƏR