Ukraynanın Rusiya haqqında bəyanatı: Hər şey yeni başlayır
DÜNYA
11:41 24.06.2023
145
Rusiyada dövlət çevrilişinə cəhd iddiası bütün dünyada gündəm olub. Ukrayna tərəfindən gələn açıqlama gecikməyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Rusiyada iddia edilən dövlət çevrilişinə cəhdə səbəb olan böhran üçün "Hər şey yeni başlayır" şərhini verib.
Rusiyanın müdafiə naziri Sergey Şoyquya meydan oxuyan rus muzdlu qruplaşmasının lideri Yevgeni Priqojin Rostovda sərhəddə bir çox hərbi obyekti ələ keçirərək Moskvaya doğru irəlilədiklərini açıqlayıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mykhailo Podolyak deyib: "Elitalar arasında fikir ayrılığı çox aydındır. "Hər şeyin yaxşı getdiyi qənaəti faydasızdır. Podoyak Priqojinin hərəkətlərini "terrorizmlə mübarizə” kimi qiymətləndirərək, "Rusiyada hər şey yeni başlayır. Kimsə mütləq itirəcək. "Ya Priqojin, ya da ona qarşı olan hər kəs”, - şərhini verib.