Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatı rəhbərinin müşaviri Mixailo Podolyak maraqlı açıqlama verib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Rusiyanın itkilərini iki, hətta üç dəfə də artıra bilər.
Podolyakın sözlərinə görə, Rusiya hər gün 510-530 əsgər itirir. Bu, döyüşlərin son dərəcə yüksək intensivliyindən və Ukrayna hərbçilərinin motivasiyasından xəbər verir:
"Rusiya Federasiyası üçün geridönməz itkilərin sayını iki-üç dəfə artırmaq üçün ağır və uzaqmənzilli artilleriya sistemlərinə mərmi təchizatını kəskin şəkildə artırmaq lazımdır. Buna görə də dostlarımızın köməyinə ehtiyacımız var”, - Podolyak bildirib.