Rusiyanın Ukraynaya hücumu nəticəsində marafon yarışının üç iştirakçısı ölüb

Rusiyanın Ukraynaya hücumu nəticəsində marafon yarışının üç iştirakçısı ölüb
DÜNYA
18:04 30.08.2026
209
Xarkov vilayətində həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş illik marafon yarışının üç iştirakçısı Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində həlak olub.

Ukrayna mediasın xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, Rusiya qoşunları şənbə günü səhər tədbirin keçirildiyi Berestinski rayonunun Natalino kəndinə "İsgəndər" raketi ilə hücum ediblər.

Prokurorluq marafon zamanı təhlükəsizlik tədbirlərinin qeyri-kafi görülməsi səbəbindən təşkilatçıların səhlənkarlığı ilə bağlı araşdırma başlayıb.

///report///
OXŞAR XƏBƏRLƏR