Rusiyanın Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər verdiyi itkilər açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusu 14 min 400 əsgər, 95 təyyarə, 115 helikopter və 466 tankını itirib.
Həmçinin 1470 zirehli texnika, 213 top, 72 reaktiv yaylım atəşi sistemi, 44 hava hücumundan müdafiə sistemi, 914 maşın, 3 yüngül sürətli qayığı, 60 yanacaq daşıyan maşın və 17 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.