Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı
DÜNYA
21:07 14.09.2025
298
Rusiyanın Xəzər donanması hərbi bazaların və iqtisadi zonanın müdafiəsi, həmçinin pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi üzrə komanda-qərargah təlimlərinə başlayıb.

Donanmanın Mətbuat Xidmətinin məlumatına görə, təlimlərdə 15-dən çox döyüş gəmisi iştirak edir.

Təlim çərçivəsində, ümumilikdə 25-dən çox döyüş təlimi praktiki olaraq həyata keçiriləcək.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR