Rusiyanın XİN başçısı: "Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir"

Rusiyanın XİN başçısı: "Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir"
SİYASƏT
14:08 18.01.2021
659
"Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər” (Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutulur – "Report”). Sözlə material gücə çevrilir. Bu sözlər neqativ material gücə çevriliblər”, - XİN başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR