Rusiyanın XİN başçısı: “Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir”

Rusiyanın XİN başçısı: “Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir”
SİYASƏT
13:03 19.05.2023
241
"Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.

Lavrov qeyd edib ki, Rusiya paytaxtında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

Xarici işlər naziri bu tədbirlərin təşkilinə görə Azərbaycanın Moskvadakı səfirliyinə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR