"Forbes” jurnalının rus versiyası ölkənin ən varlı qadınlarını müəyyən edən araşdırmasının nəticələrini dərc edib.
AZXEBER.COM xəbər verir ki, siyahıda yer alan 20 qadının sərvəti 25,7 milyard dollar olub.
Siyahının başında, əvvəllər olduğu kimi, "Wildberries" onlayn satış platformasının sahibi Tatyana Bakalçukdur. Məşhur iş qadınının sərvəti 7 milyard dollar olaraq hesablanıb.
Rusiyanın digər ən varlı qadınlarının siyahısı belədir:
Tatyana Litvinenko ("PhosAgro"nun səhmdarı): 2,8 milyard dollar
Varvara Skok (məşhur oliqarx Əlişir Usmanovun ortağı Andrey Skokun qızı. "USM Holding"in 15 faiz səhmdarı): 2,5 milyard dollar.
Marina Mordaşova (məşhur oliqarx Aleksey Mordaşovun həyat yoldaşı. "Nordgold"un 52 faiz səhmdarı): 1,85 milyard dollar
Lidiya Mixaylova ("Çerkizova2 qrupunun sahibi): 1,55 milyard dollar
Yelena Baturina ("Inteco Management"in sahibi. Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı): 1,3 milyard dollar
Viktoriya Mihelson ("Novatek"in yaradıcısı Leonid Mihelsonun qızı): 1,2 milyard dollar
Yevgeniya Quryeva (Andrey Quryevin həyat yoldaşı, "Fosagro" şirkətinin təsisçisi): 875 milyon dollar
Yekaterina Fedun ("Lukoyl”un yaradıcısı Leonid Fedunun qızı. "Lukoyl”un 1,2 faiz səhmdarı): 800 milyon dollar.
Gülay