Rusiyaya ağır zərbə: Daha bir polkovnik öldürüldü - FOTO

Rusiyaya ağır zərbə: Daha bir polkovnik öldürüldü - FOTO
DÜNYA
14:43 23.03.2022
388
Rusiya Ukrayna ilə müharibə başlayandan bəri 15-ci yüksək rütbəli komandirini itirib.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Böyül Britaniyanın "The Sun” qəzeti yazıb.

Qeyd olunub ki, 200 mindən çox insanın qapalı vəziyyətdə qaldığı Ukraynanın Mariupol şəhərində polkovnik Aleksey Şarov öldürülüb. 

Ukrayna ordusunun zabiti Anatoli Stefan sosial media hesablarında Rusiya Dəniz Piyadaları Korpusunun 810-cu Jukov briqadasının komandiri Şarovun ölümünü açıqlayıb.

Rusiyanın son dərəcə vacib hesab etdiyi şəhərin ələ keçirilməsində Şarovun mühüm rolu olduğu bildirilib.

Qeyd edək ki, Pentaqonun hesablamalarına görə, müharibədə 7000 rus əsgəri həlak olub. Ukrayna tərəfinin iddiasına görə, bu rəqəm 14 mindən çoxdur.
 

 


OXŞAR XƏBƏRLƏR