Rusiyaya işləməyə gedənlərin nəzərinə: bu şəxslər ölkədən çıxarılacaq

DÜNYA
10:26 31.12.2024
295
Rusiyadakı qeyri-qanuni mühacirlər aprelin 30-dək (2025-ci il) ölkəni tərk etməli və ya hüquqi statuslarına düzəliş etməlidirlər.
 
AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda deyilir.

Rusiyada qeyri-qanuni mühacirlərin deportasiyası rejimi 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Bu, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə şamil ediləcək. Bu kateqoriyadan olan bütün vətəndaşlar ölkədən çıxarılana və ya hüquqi vəziyyəti tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.

OXŞAR XƏBƏRLƏR