Avropa İttifaqının (Aİ) bu gün Rusiyaya qarşı qəbul etdiyi 17-ci sanksiya paketinin qüvvəyə minməsi Ukrayna üzrə sülh danışıqlarının gedişindən asılıdır.
Bu barədə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu bildirib.
"Bu sanksiyaların qüvvəyə minməsinin dəqiq tarixi danışıqların növbəti mərhələlərində əldə edilən irəliləyişdən asılı olacaq", - mətbuat katibi Brüsseldə keçirilən brifinqdə bildirib.
Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiya paketinə 17 fiziki və 58 hüquqi şəxs, o cümlədən "Surqutneftqaz" şirkəti daxil edilib.
///report