Rusiyaya qarşı bu addımın ağır nəticələri olacaq - Putin

Rusiyaya qarşı bu addımın ağır nəticələri olacaq - Putin
DÜNYA
00:58 28.10.2026
237
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin qlobal qaz bazarından kənarlaşdırılması istiqamətində istənilən cəhdin ciddi nəticələrə səbəb olacağını bildirib.

Putin bu barədə Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Zirvə toplantısında çıxışı zamanı danışıb.

Rusiya liderinin sözlərinə görə, hazırda təbii qaz dünya enerji balansının təxminən 25 faizini təşkil edir. O bildirib ki, 2050-ci ilə qədər qlobal qaz tələbatı ildə 5,5 trilyon kubmetrə çata bilər.

Putin Rusiyanın təbii qaz ehtiyatlarına görə dünyada birinci yerdə olduğunu vurğulayıb. O, ölkəsini məsuliyyətli qaz ixracatçısı, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi təqdim edib.

Rusiya Prezidenti qeyd edib ki, Qaz İxrac Edən Ölkələr Forumunun payına qlobal qaz ixracının təxminən 40 faizi düşür.

"Rusiyanı dünya qaz bazarının iştirakçıları sırasından çıxarmağa yönələn istənilən cəhd ciddi nəticələrə səbəb olur”, – deyə Putin bildirib.

O, Avropa ölkələrinin Rusiya qazından imtina etməsini də tənqid edib. Putinin fikrincə, Avropa bu siyasətlə öz sənayesinə və sosial sahəsinə zərbə vurur.

Rusiya lideri dünya bazarında qaz qiymətlərinin kəskin artdığını, lakin gələcəkdə qiymətlərin yenidən aşağı düşə biləcəyini söyləyib.

Putin çıxışında "Şimal axını” qaz kəmərlərində baş vermiş partlayışlara da toxunub. O, hadisələri "birbaşa terror aktları” adlandırıb.

Qeyd edək ki, "Şimal axını” kəmərlərində 2022-ci ilin sentyabrında partlayışlar baş verib. Hadisə ilə bağlı müxtəlif ölkələrdə araşdırmalar aparılıb.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR