Ruslan Abışov: "Lənkəranlılar qələbəyə layiq deyildilər" - MÜSAHİBƏ

Ruslan Abışov: "Lənkəranlılar qələbəyə layiq deyildilər" - MÜSAHİBƏ
İDMAN
12:45 14.09.2011
1655
Neftçi"nin və yığma komandamızın müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində "Xəzər Lənkəran"la son oyunlarından, eləcə də İsveçin "Orebro" klubuna baş tutmayan transferindən danışıb. - Son iki turda "Neftçi" AZAL (1:3) və "Xəzər Lənkəran"a (0:1) məğlub oldu. Nə problem var?- Lənkərana biz qələbə üçün getmişdik. Təəssüf ki, istədiyimiz nəticəyə nail ola bilmədik. Baxımlı oyun alınmadı. Görüşün taleyini bir qol həll etdi. İstəməzdim ki, hər şeyə belə qurtarsın. Lakin futbolda nə olacağını öncədən müəyyənləşdirmək çətindir. Hesab edirəm ki, bu oyunda daha ədalətli nəticə heç-heçə olardı. Hər iki komanda bərabər səviyyəli oyun sərgiləyirdi. Məğlubiyyətə layiq deyildik.- Yeganə qolu da siz öz qapınızdan keçirdiniz...- Orada qapıçıyla aramızda anlaşılmazlıq oldu. Ona görə də elə uğursuzluq yaşadıq. Təsadüfi avtoqol oldu. "Xəzər Lənkəran" bəxti sayəsində qələbə qazandı. Ondan sonra nə qədər qol vəziyyətlərimiz olsa da, istifadə edə bilmədik. Lənkəranlılar belə qələbəyə layiq deyildilər. Yenə deyirəm, ən ədalətli nəticə heç-heçə idi. Çünki rəqibdən heç də pis oynamırdıq. - Yəqin ki, ardıcıl iki məğlubiyyət düşünməyə vadar edir...- Heç kim gözləmirdi ki, biz AZAL-dan sonra "Xəzər Lənkəran"a da uduzarıq. Artıq özümüzə gəlmək vaxtıdır. Hər bir komandada uğursuz oyunlar olur. Qarşıdakı "Qəbələ" ilə oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz sadəcə qələbə qazanmağa və sübut etməyə borcluyuq ki, bu uğursuzluqlar təsadüf idi. Xüsusilə, son məğlubiyyət bizim üçün dərs olmalıdır. - Son dövrlər sizin də oyununuzda əminlik çatışmır. Öz oyununuzun zəifləməsi nə ilə bağlıdır?- Bəziləri elə hesab edirlər ki, bu, yorğunluqla bağlıdır. Amma bu, elə deyil. Sadəcə, üzərimdə psixoloji təzyiq var. Mənim "Orebro"ya transferim həll olunmuş məsələydi. Hətta azarkeşlərlə, komanda yoldaşlarımla vidalaşmışdım. Özüm də belə alınacağını gözləməzdim. Buna görə hər şeyi gizli saxlamaq istəyirdim, müqavilədən sonra açıqlamağı düşünürdüm. Amma hər şey fərqli alındı. Bütün bunlar mənə çox pis təsir etdi. Lakin artıq bütün fikirlərim "Neftçi"nin oyunlarına yönəlib. - "Qəbələ" ilə oyundan nə gözləyirsiz?- Onların bir neçə oyununa baxmışam. İndi ötən mövsümdəkindən daha yaxşı oynayırlar. Amma biz istənilən halda qələbə qazanmalıyıq. "Neftçi" üçün iki məğlubiyyət kifayətdir. Bilirəm ki, "Qəbələ" ilə oyun bizim üçün də asan olmayacaq. - Rəqibin heyətində kimi qeyd edərdiniz?- "Qəbələ"nin heyətində bir neçə yaxşı futbolçu var. Ad açıqlamaq istəməzdim. Ən aparıcı oyunçuları Mahir Şükürovdur. Amma digərlərini də unutmaq lazım deyil. - Azərbaycan yığmasının qarşıdakı oyunları ilə bağlı nə düşünürsüz?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
12:14 29.06.2025
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
12:08 29.06.2025
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
11:56 29.06.2025
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
Rəşad Dağlının övladlarından yüksək nəticə
11:50 29.06.2025
Rəşad Dağlının övladlarından yüksək nəticə
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
11:40 29.06.2025
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib
11:39 29.06.2025
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib
Ağdamın işğaldan azad edilmiş Mərzili kəndində ilk dəfn mərasimi olub
11:35 29.06.2025
Ağdamın işğaldan azad edilmiş Mərzili kəndində ilk dəfn mərasimi olub
Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub
11:27 29.06.2025
Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub
Səhnədə halı pisləşən müğənni xəstəxanaya yerləşdirildi
11:22 29.06.2025
Səhnədə halı pisləşən müğənni xəstəxanaya yerləşdirildi
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
11:15 29.06.2025
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir