Ruslan Abışovun yeni klubu müəyyənləşdi - RƏSMİ

İDMAN
16:09 13.06.2019
2778
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini daha bir futbolçu ilə gücləndirib.

AZXEBER.COM xəbər verir ki, təcrübəli müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlanıb. Bu barədə klubun səhifəsində məlumat verilib.

Futbolçu karyerasına "Neftçi"də başlayan Abışov, daha sonra "Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyanın "Rubin" klubunun uğurları üçün çalışıb. Abışovun son komandası "Neftçi" olub. 

Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Milli.Az

OXŞAR XƏBƏRLƏR