Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin cənub ərazilərində referendum keçirməsi ehtimalını şərh edib.
AZXEBER.COM xəbər verir ki, Zelenski bu barədə xalqa müraciəti zamanı danışıb.
O qeyd edib ki, Rusiya referendum baş tutmasına icazə verərsə, Ukrayna bütün növ danışıqlardan imtina edəcək.
"Əgər işğalçılar bu psevdoreferendum etsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar", - deyə Zelenski bildirib.
Zelenski onu da qeyd edib ki, indi əsas məsələ hələ də silah tədarüküdür.
"Hər gün cəbhə xəttinə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün silah təchizatını artırmağa çalışırıq”, - deyə o əlavə edib.