Ruslar Kamranı matçın ən yaxşısı seçdi

İDMAN
13:49 17.10.2012
1478
Rusiya-Azərbaycan matçına geniş yer ayıran Rusiya mətbuatı qarşılaşmadan sonra meydançada ən çox diqqət çəkən futbolçuların qiymətləndirməsini aparıb.AZXEBER.COM-un məlumatına görə, “PROsport” jurnalı futbolçuların qiymətləndirməsini apararkən, ən yüksək balı millimizin qapıçısı Kamran Ağayevə verib-8 bal.Maraqlıdırki, qiymətləndirmədə yer alan futbolçuların sırasında Azərbaycan millisindən yalnız Ağayev yer alıb və qalan bütün futbolçular Rusiya millisinin üzvüləri olub.Rusiyalı həmkarlarımız Kamranı matçın ən yaxşısı seçmələrinibu cürizah ediblə:“Möhtəşəm oynadı. Məhz bu insan matçın komandası üçün böyükhesablı məğlubiyyətlə başa çatmamasının əsl səbəbkarı oldu. O, olmasaydı hesab ən azı 3:0 olacaqdı”.

OXŞAR XƏBƏRLƏR