Ruslar Ukrayna dövlət televiziyasına haker hücumu etdi: Zelenskinin təslim videosunu yaydılar

Ruslar Ukrayna dövlət televiziyasına haker hücumu etdi: Zelenskinin təslim videosunu yaydılar
DÜNYA
16:41 18.03.2022
703
Ukraynanın dövlət televiziyasında yayımlanan saxta video ölkədə qısamüddətli panikaya səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenskinin ölkəni təslim olmağa çağırdığı saxta mesajın arxasında rus hakerlər dayanır.
 
Məlumata görə, hak edilmiş "Ukrayna 24” kanalı hadisəni "uşaq təxribatı” olaraq xarakterizə edərkən, hücumdan sonra nəzarətin geri alındığı deyilib.
 
Sosial şəbəkələrdə qısa müddət ərzində minlərlə insan tərəfindən paylaşılan və virtual hal alan videonun 'Deepfake' üsulu ilə yaradıldığı açıqlanıb.
 
Ölkədə qısa müddətli çaxnaşma yaradan saxta video ilə bağlı açıqlamalar verən Zelenski deyib:
 
"Silahlarını yerə qoyub evlərinə qayıtmalarını xahiş edəcəyim yalnız rus əsgərləridir. Biz evdəyik, uşaqlarımızı, ailəmizi qoruyuruq. Ona görə də qalib gələnə qədər silahımızı yerə qoymayacağıq"- deyib.
 
Hadisədən sonra haker hücumuna məruz qalan "Ukrayna 24" telekanalı nəzarəti geri alıb və bunu "uşaq təxribatı" olaraq qiymətləndirib.
 
Qeyd edək ki, Facebook, YouTube, Twitter saxta videonun platformalardan silindiyini açıqlayıb.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR