“Milli Şuranın sədri Rüstəm İbrahimbəyov iyunun 20-si 25-i arasında Azərbaycana qayıdacaq”.AZXEBER.COM-un məlumatına görə, bu barədə Modern.az saytına Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev deyib. Onun sözlərinə görə, R.İbrahimbəyov Azərbaycana qayıdaraq Milli Şura ilə bağlı proseslərdə özü şəxsən iştirak edəcək.“O dönəndən sonra Milli Şuranın daha geniş formatda görüşləri keçiriləcək”.Z.Quliyev daha sonra Milli Şurada təmsil olunan liderlərin – Eldar Namazov, Əli Kərimli və İsa Qəmbərin dünən mətbuata qapalı keçirilən görüşündən danışıb. Bildirib ki, görüşdə əsasən Milli Şuranın İcra Aparatının formalaşması və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.Həmçinin Milli Şuranın növbəti sessiyasının vaxtı da açıqlanıb. Z.Quliyev bildirib ki, sessiya iyunun 18-də keçiriləcək.