"Rüstəm İbrahimbəyov azərbaycanlı ad və soyadı daşısa da, əslində, onun bütün mahiyyəti ermənidir"

"Rüstəm İbrahimbəyov azərbaycanlı ad və soyadı daşısa da, əslində, onun bütün mahiyyəti ermənidir"
Siyasət
15:40 24.05.2018
4667
Mən üzümü Rüstəm İbrahimbəyova tutaraq bildirmək istəyirəm ki, siz Azərbaycan xalqının yaddaşında təkcə xəyanətkar kimi deyil, yalançı bir insan kimi də qalacaqsınız.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, R.İbrahimbəyov azərbaycanlı adı və soyadını daşısa da, əslində onun bütün mahiyyəti ermənidir.

Deputat əlavə edib ki, əgər R.İbrahimbəyovda milli qeyrət varsa, o, ermənilərin əlində bir alətə çevrilməyibsə, dönük deyilsə, satqınlıq yolunu seçməyibsə, onda niyə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün acı taleyi, onları bu günə salan Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir əsər yazmayıb və bir film çəkməyib: "Dünyanın gözü qarşısında Xocalı soyqırımı baş verib. Niyə Rüstəm İbrahimbəyovun bununla bağlı bir mövqeyi yoxdur, niyə bu barədə bir əsər yazmayıb, film çəkməyib? O, bunları heç etməyəcək də. Biz bunu bilirik. Çünki onun xisləti bəllidir".

E.Nəsirov qeyd edib ki, R.İbrahimbəyovun filmində azərbaycanlıların qatil kimi göstərilməsi də məqsədyönlü şəkildə atılmış bir addımdır: "Filmdə bir səhnə var. Həmin səhnədə azərbaycanlı uşaqlar ermənini quyuya salıblar və onun başına daş yağdırırlar. Təbii ki, buna baxan bir avropalı tamaşaçı sual verər ki, bu daş atanlar kimdir? Rüstəm İbrahimbəyov da öz filmində göstərir ki, bunlar azərbaycanlılardır. Başına daş atılan, ölümə məhkum edilən kimdir? İbrahimbəyov göstərir ki, ermənidir. Bu, bir məişət hadisəsi fonunda qeydə alınıbsa, nəyə görə filmdə göstərir ki, azərbaycanlı gürcünü bıcaqlayıb öldürür? Doğrudan da bir məişət hadisəsidirsə, bunun siyasi mənası yoxdursa, onda ssenarist elə edərdi ki, erməni gürcünü öldürərdi. Niyə bunu etməmisən? Çünki bu, məqsədyönlü şəkldə atılmış bir addımdır".

Millət vəkili deyib ki, R.İbrahimbəyovun yalan fikirlərinin yer aldığı filmdə müəllif özünün əsl xislətini də göstərib: "Film 2015-ci ildə çəkilsə də, onun daha geniş təbliğatına indi başlanılıb. Filmdə xüsusi bir epizod var. Bir azərbaycanl alimi tədqiqatları ilə sübut etmək istəyir ki, Azərbaycan nefti tükənir. Onun bu fikrinə görə Azərbaycan dövləti ona çox ciddi təzyiqlər göstərir. Rüstəm İbrahimbəyova bildirmək istəyirəm ki, 2015-ci ildə Azərbaycan neftinin tükəndiyini bildirmisiniz və qəhrəmanınızın dili ilə bunu sübut etmək istəmisiniz. Amma 2017-ci il sentyabrın 14-də Azərbaycan beynəlxalq neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin davamı kimi növbəti bir müqavilə imzaladı. Növbəti 50 il ərzində Azərbaycan neftinin istismarı prosesində beynəlxalq şirkətlər də iştirak edəcəklər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır