"Milli Şura sədri avqustun 15-inədək Bakıya gəlsə, Milli Şuranın uğurlu seçki kampaniyası aparması mümkün olacaq."
AZXEBER.COM-un məlumatına görə, bu sözləri “Azadlıq” radiosunun “İşdən sonra” proqramında İsa Qəmbər söyləyib.
O, Rusiyanın Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsini həll etməsi məsələsinə də toxunub. Müsavat başqanı Rusiyanın vətəndaşlığı ləğv eləməməsi təqdirdə, İbrahimbəyovu prezident İlham Əliyevə alternativ kimi görmədiyini bildirmiş olacaq.
Müsavat başqanı bildirib ki, Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsi hüquqi yox, daha çox siyasi müstəvidə həll olunmalıdır:
“Mən Rüstəm İbrahimbəyovun vətəndaşlığı ilə bağlı məsələnin Vladimir Putin və İlham Əliyevin əlində olması ilə bağlı fikirlərlə razı deyiləm. Atmosfer tələb edir ki, demokratik düşərgə, Milli Şura Konstitusiya çərçivəsində addımları ilə hakimiyyəti qanunsuz addımlara sövq etsin. Biz qanuni addımlar atsaq, hakimiyyət qanunsuz addımlara məcbur olacaq və özünü bataqlığa salacaq”.
Müsavat başqanı bildirib ki, Rüstəm İbrahimbəyovun Bakıya qayıtmaq üçün iki həftə vaxtı var. Onun fikrincə, Milli Şura sədri avqustun 15-inədək Bakıya gəlsə, Milli Şuranın uğurlu seçki kampaniyası aparması mümkün olacaq.