Rüstəm İbrahimbəyov iz azdırır...

Rüstəm İbrahimbəyov iz azdırır...
KÖŞƏ
14:27 16.05.2013
1943

Azər NiftiyevO, Rusiyanı ittiham etməklə, qərbdən maliyyələşən siyasi qüvvələri nəzarətə almaq və onları şimaldan gələn siyasi sifarişlərin icraçısına çevirmək istəyir

Son ayların “siyasi qəhrəmanı” və müxalif mətbuatın gündəmindən düşməyən Rüstəm İbrahimbəyovun son müsahibələrindən birində Rusiya hakimiyyətini ittiham edən fikirləri və dəyişikliyin ünvanı olaraq qərbi göstərməsi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

Rusiyanın xeyir-duasıyla “Ziyalılar Forumu” yaratdığı şübhə doğurmayan, bunun ardınca onların maliyyəsi ilə “EL” Hərəkatını təsis edən, Rusiyada yaşayan azərbaycanlı oliqarxların iştirakı ilə şərti adı “Milyarderlər İttifaqı”, əsl adı isə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” olan təşkilat yaradan kino aliminin birdən-birə Rusiyaya üz çevirməsi, Putin hakimiyyətini diktator üsul-idarəetmədə ittiham etməsi birmənalı qarşılanmır.

Bəziləri bunu Rusiyadan ona ayrılan maliyyənin kəsilməsi, digərləri isə qərbdən yeni təkliflər alması ilə əlaqələndirir. Əslində təəccüblü bir şey yoxdur. O səbəbdən ki, az-çox siyasətdən başı çıxan hər kəs bilir ki, Rüstəm İbrahimbəyovun bu hakimiyyətdən narazılığının kökündə onun şəxsi maraqlarının təmin olunmaması və şəhərin mərkəzində sahib olduğu qanunsuz obyektin hesabının sorulması faktı dayanır. O, bunu öz müsahibələrində dəfələrlə etiraf edir və hər kəlməsində “Mən bu iqtidara nə etmişdim ki, mənim halal obyektimi əlimdən aldılar” söyləyir. Bu mənada onun maddi maraqlar qarşılığında Rusiyadan da üz çevirməsi, qərbə sığınaraq Rusiyanı təhdid etməsi məntiqlidir. Lakin bir məsələ var ki, Rüstəm İbrahimbəyov bu dəfə böyük ssenaridə yer alıb və hətta o istəsə belə, oyun qaydalarını poza bilməz.

“Avrasiya İttifaqı” yolunda Rusiyanın təzyiq rıçağı

Vladimir Putinin hakimiyyəti bir müddətə siyasi varisi Dmitri Medvedevə ötürməsi və ötür-ötür oyunundan sonra yenidən faktiki olaraq 14 illiyə Kremlin yiyəsinə çevrilməsi Rusiyanın postsovet məkanını nəzarətə almaq və dolayı yolla imperiyanı bərpa etmək cəhdlərini ortaya qoyacağına şübhə yeri qoymurdu. Sovet DTK-nın yetişdirdiyi Putinin ilk işi bu oldu və o Avrasiya İttifaqı” adlı qurumu yaratmağa cəhd etməklə bu istiqamətdə ilk addımlarını atdı. MDB dövlətlərinin hakimiyyətləri qarşısında isə yeni mərhələ başlayırdı. Onlar Putinin tapşırığına “hə” deməli, bununla da Kremldən aldığı dəstəyi təmin etməli idilər. Bu barədə biraz sonra…

Məsafəli siyasətə sadiqlik

Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, o, heç bir qonşu dövlətə qarşı aparılan layihələrdə yer almayacaq və yalnız öz dövlətinin maraqları çərçivəsində siyasət yürütməyə davam edəcək. Bu sıradan bir bəyanat deyildi və istər İrana, istər Gürcüstana, istərdə də Rusiyaya qarşı münasibətdə dəfələrlə öz mövqeyinə sadiqlik nümayiş etdirib. Azərbaycan iqtidarının səmimi və məsafəli xarici siyasətinə qane olmayan bir çox dövlətlər, o cümlədən, Avropa, Rusiya və İran isə bunu həzm edə bilmirdi. Azərbaycanın “Avrasiya İttifaqı” ilə bağlı müzakirələrdə qəti mövqeyinə rəğmən Rusiyanın Qəbələ RLS-dən imtinası və “Bakı-Novorossiysk” neft kəmərinin ləğvi vasitəsilə cavabı belə deməyə əsas verir ki, şimal qonşumuz Azərbaycanda öz mövqelərini möhkəmlətmək və hakimiyyətə qarşı təzyiqlərini işə salmaqla, onu geri çəkliməyə təhrik etmək istəyir. Amma nədənsə tarixi qonşularımız unudur ki, Azərbaycan nə Gürcüstan deyil, nə də Ermənistan. Başqa sözlə ifadə etsək, bizi nə Gürcüstan, nə də Ermənistan kimi forposta ölkəyə çevirmək mümkün deyil və olmayacaq da.

Rüstəm İbrahimbəyov kartı

Rusiyanın ölkəmizə qarşı təzyiqlərdə siyasətə heç bir aidiyyatı olmayan, ictimai dəstəkdən tamamilə məhrum bir adamı – Rüstəm İbrahimbəyovu önə çıxarması onların ilk addımdaca məğlubiyyətinin etirafı idi. Ünlü dramaturq insaların faciəsi üzərində çoxsaylı ssenarilər yazsa da, Azərbaycan siyasətində kukla teatrının ssenaristi belə ola bilmədi. Onun Əhməd Oruc və Vüqar Bəyturan kimi gündə bir hərəkat yaratması kinodramaturqu elə bir gülünc səviyyəyə endirdi ki, öz qardaşı Maqsud İbrahimbəyov belə onu qeyri-ciddi fəaliyyətdə ittiham etdi. Əlbəttə, Rusiyanın guya Azərbaycanda dəyişikliklər edəcəyini deyib, bu yolla narazı elektorata sahib olmaq istəyən İbrahimbəyovun arzuları daşa dəyəndə, bu dəfə iz azdırmağa girişdi. Rusiyanın göbəyində oturub, rus hakimiyyətini korrupsiyada ittiham edən yazıçının guya təhlükəsizlik problemi yaşadığını söyləməsi isə əslində erməni sevdasını pərdələmək cəhdi idi. Azərbaycan müxalifətində qərbə bağlı dairələrin inhisarını nəzərə alan Rüstəm İbrahimbəyov onları öz ətrafında birləşdirmək üçün bu dəfə rəsmi Kremli hədəf aldı. Onun bu yolla vaxt qazanması və İctimai Palatanı Milli Şuraya cəlb edib, sonradan açıq simasını göstərmək niyyəti isə bu dəfə də suya düşəcək. Məhz elə bu səbəbdəndir ki, aylarla Rusiyanın sifarişi ilə Milli Şura yaratmaq cəhdləri öz məntiqi sonluğuna çatmır.

Rüstəm İbrahimbəyov səhv seçim idi və tarixdən bilirik ki, qeyri-peşəkar siyasətçilərdən lider düzəltmək cəhdləri heç zaman nəticə verməyib və verməyəcək də. Birdəki Azərbaycanda hakimiyyətin mənbəyi xarici dairələr və onların buradakı emissarları yox, Azərbaycan xalqıdır. Azərbaycan xalqının isə mövqeyi qətidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir