Rüstəm İbrahimbəyovun son anda Milli Şuranın qərarı ilə təşkil olunan 18 avqust mitinqinin keçirilməsinə etiraz etməsi barədə məlumatlar yayılıb.
AZXEBER.COM-un məlumatına görə, bunun ardınca “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bir neçə saat əvvəl köşə yazısı ilə çıxış edərək Rüstəm İbrahimbəyovu sərt tənqid edib. Bəyan edib ki, “Cənab İbrahimbəyov bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı - sübut elədi ki, o, lider deyil, siyasətçi heç deyil; sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar”.
Qeyd edək ki, ötən gün mitinq təşkilatçıları R.İbrahimbəyovun telefonla mitinqdə müraciətinin olacağını açıqlamışdılar. Hazırda Eldar Namazovun baş verən rüsvayçılığı aradan qaldırmaq üçün Rüstəm İbrahimbəyovu dilə tutması barədə məlumatlar dolaşır.
Bu arada sosial şəbəkələrdə müsavatçılar tərəfindən Rüstəm İbrahimbəyovun meydandan qaçması barədə karikatura yayılıb.