Rüstəm İbrahimbəyov prezidentliyə namizəd ola bilməyəcək- İDDİA

Rüstəm İbrahimbəyov prezidentliyə namizəd ola bilməyəcək-  İDDİA
SİYASƏT
15:25 07.07.2013
3544

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından yalnız 6 ay ərzində çıxa bilər

Müxalifətin vahid namizədi məsələsi ətrafındakı vəziyyət çox gözlənilməz şəkil almağa başlayır. Milli Şurada (MŞ) birləşmiş demokratik müxalifət bu qüvvələr adından prezidentliyə vahid namizəd kimi Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovu irəli sürüb.

Doğrudur, İbrahimbəyov iyulun 4-də Rusiya pasportunu tələm-tələsik təhvil verdiyini və bu ölkənin vətəndaşlığından imtina etdiyini elan elədi. Amma bu, o demək deyil ki, Rusiya dövləti də məşhur kinorejissoru vətəndaşlıqdan tez-tələsik məhrum edəcək. Bundan başqa, İbrahimbəyov öz rus pasportunu təhvil versə də bu, kinorejissorun Rusiya vətəndaşlığından ildırım sürəti ilə məhrum edilməsi anlamına gəlmir. Vətəndaşlıqdan məhrumetmə proseduru qeyri-müəyyən vaxta qədər uzana bilər.

Belə ki, “Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanuna və bu ölkədə vətəndaşlıqdan çıxmaq qaydalarına görə, Rusiya vətəndaşlığından məhrum olmaq barədəki arayışı almaq üçün İbrahimbəyov hələ 6 ay gözləməlidir. Başqa sözlə, İbrahimbəyov hələ bu ilin sonuna qədər digər dövlətin vətəndaşı olaraq qalmağa məhkumdur. Azərbaycanda isə prezident seçkiləri 4 aydan sonra - oktyabrın 16-da keçiriləcək. Azərbaycan seçiciləri doğrudanmı əcnəbi vətəndaşa səs verməyə gedəcəklər?

Əgər hətta belə fərz edək ki, Rusiya hökuməti öz maraqlarını əsas götürüb İbrahimbəyovu ildırım sürəti ilə vətəndaşlıqdan məhrum elədi. Amma MŞ sədrinə heç bu da kömək etməyəcək. Çünki Azərbaycan Konstitusiya Məhkəməsinin 1 avqust, 2003-cü il tarixli qərarı da İbrahimbəyovun Azərbaycanda builki prezident seçkilərində iştirakını əngəlləyir. Həmin qərarda namizəd və iddiaçılara tətbiq edilən məhdudiyyətlər dəqiq göstərilib. Qeyd olunub ki, prezidentliyə namizəd ən bu iddiaya düşəndə ən azı son 10 ili ölkədə yaşamalıdır. Daha sonra qərarda deyilir ki, prezidentliyə namizədin başqa dövlət qarşısında öhdəliyi ola bilməz. İbrahimbəyovun isə elə özünün də etiraf elədiyi kimi, Rusiya qarşısında öhdəliklərə malikdir, çünki o, Rusiya vətəndaşıdır.

Lap belə fərz edək ki, Rusiyada yaşayan əksər azərbaycanlılar kimi İbrahimbəyovun da qeyri-leqal olaraq Azərbaycan pasportu var. Amma axı bunun özü də o deməkdir ki, İbrahimbəyov bütün bu müddət ərzində həm Azərbaycan, həm də Rusiya qanunlarını pozub. Belə ki, həm Rusiya, həm də Azərbaycan qanunları ikili vətəndaşlığı qadağan edir. Buna görə də indi həm Azərbaycanın, həm də Rusiyanın İbrahimbəyovu vətəndaşlıqdan məhrum etməyə tam haqqı çatır. Beləliklə də küncə sıxışdırılmış kinorejissor ümumiyyətlə “Əli aşından da olar, Vəli aşından da”, yəni vətəndaşlığı olmayan şəxsə çevrilə bilər. Bu mənada tamamilə diletant və siyasi bisavad olmalısan ki, xarici ölkə vətəndaşını Azərbaycanda prezidentliyə namizəd irəli sürəsən.

Bunları nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu gün Azərbaycan hakimiyyətinin əlində İbrahimbəyovun seçkilərdə iştirakını qadağan etmək üçün hər cür sanballı hüquqi əsaslar var. Beləliklə, Milli Şuranın vahid namizəd irəli sürülməsi qərarının elə səhərisi günü müxalifətin yeni konstruksiyası kökündən laxladı. Müxalifətin birləşməsini tarixi qələbə kimi təqdim etmək cəhdləri iflasa uğradı. Bu qələbə Pirr qələbəsinə döndü...

Burada sual yaranır: MŞ-nin və partiyaların liderləri digər ölkənin vətəndaşını prezidentliyə vahid namizəd irəli sürərkən nə fikirləşirdilər? Onlar doğrudanmı başa düşmürdülər ki, qanunlar buna icazə vermir?

İbrahimbəyovun namizədliyinin irəli sürülməsi barədəki qərar bizim müxalifətin ölkənin taleyinə necə səhlənkar və qeyri-ciddi yanaşmasına, diletantlığına və burnunun ucundan o yananı görə bilməməsinə daha bir əyani sübutdur.

Amma burada daha bir məqamı da deyək. Müsavat Partiyasının başqanı İsa Qəmbər həmişə olduğu kimi bu dəfə də hamıdan müdrik, daha doğrusu, hiyləgər davrandı. O, öz gözlənilməz bəyanatı ilə rəqiblərini yenə də aldatdı. İbrahimbəyov vahid namizəd elan olunan gün İ.Qəmbər dedi ki, Müsavat Partiyasının onun namizədliyini irəli sürməklə bağlı qərarı qüvvədə qalır.

İ.Qəmbər hər şeyi əvvəlcədən hesablamış və ölçüb-biçmişdi. Burada çox maraqlı detala diqqət yetirin. İ.Qəmbərin nəzarətində olan KİV-lər, o cümlədən başqanın elə öz oğlunun rəhbərlik etdiyi sayt İbrahimbəyova belə bir birbaşa sual vermişdi ki, əgər hakimiyyət kinorejissorun namizədliyini qeydə almaqdan imtina etsə, o, Milli Şuranı Müsavat liderinin namizədliyini dəstəkləməyə çağıracaq, ya yox.

Buyurun, bu da İbrahimbəyovun cavabı: “Mütləq çağıracam. Belə bir vəziyyət yaransa, mən və bütün Milli Şura bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Lakin biz vahid namizədin qeydiyyata alınmasına nail olmağa çalışmalıyıq. Əgər buna nail olsaq, onda seçkiləri udacağıq. Əks təqdirdə qalib gəlmək ehtimalları əhəmiyyətli dərəcədə azalacaq. Yox, əgər mənim namizədliyimi qeydə almasalar, biz İsa Qəmbərin namizədliyini dəstəkləyəcəyik”.

Beləliklə, R.İbrahimbəyov estafeti İ.Qəmbərə verdi. Amma bəs müxalifətin digər kəsimi, o cümlədən Lalə Şövkət, Əli Kərimli və Müsavat başqanı ilə münaqişədə olan digər müxalifətçilər də İ.Qəmbərin namizədliyini dəstəkləyəcəkmi?

Fakt budur ki, Milli Şura liderliyin İ.Qəmbərə keçməsi ehtimalının hələ heç müzakirəsinə başlamağa macal tapmamış AXCP və Müsavat funksionerləri arasında əsl söz savaşı başlayıb. Tərəflər bir-birini satqınlıq və opportunizmdə ittiham edirlər...

Demək olar ki, heç vətəndaşı olmadığı bir ölkədə seçkiyə qatılıb qalib gəlmək xəyalına düşən sadəlövh qocanın qayıdışı ərəfəsində müxalifət düşərgəsində bax belə bir qəribə vəziyyət yaranıb...

Virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR