'Rüstəm İbrahimbəyovun namizəd olmaq hüququ yoxdur'

SİYASƏT
13:08 23.08.2013
1333
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. AzVision.az bununla bağlı hüquqşünas-alim, elmlər doktoru Lətif Hüseynovun rəyini öyrənib.Konstitusiyamızın 100-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər nəzərdə tutulub. Bu tələblər aşağıdakılardır: 1) şəxsin yaşı 35-dən aşağı olmamalıdır; 2) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamalıdır; 3) seçkilərdə iştirak etmək hüququna malik olmalıdır; 4) ağır cinayətə görə məhkum edilmiş olmamalıdır; 5) başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır; 6) ali təhsilli olmalıdır; 7) ikili vətəndaşlığı olmamalıdır.Lətif Hüseynovun sözlərinə görə, Prezidentliyə namizədlərə aid tələblər bütün ölkələrin qanunvericiliyində (bir qayda olaraq, Konstitusiyada) dəqiq müəyyən edilir: “Lakin bu tələblər müxtəlifdir; bu sahədə hər hansı beynəlxalq standart və ya müəyyən olunmuş ümumi təcrübə yoxdur. Dövlətlər öz siyasi və hüquqi ənənələrini, siyasi sistemin xüsusiyyətlərini və digər mühüm amilləri nəzərə alaraq, ölkə prezidenti olmaq, yaxud hər hansı digər mühüm seçkili və ya təyinatlı vəzifəni tutmaq iddiasında olan şəxslər üçün tələblər müəyyənləşdirirlər. Bir sıra misallar göstərim. Prezidentliyə namizəd olmaq uçün Braziliyada şəxs hər hansı siyasi partiyanın üzvü olmalı, Fransada bank hesabına malik olmalı, ABŞ-da naturalizasiya yolu ilə deyil, doğulduğu andan ölkə vətəndaşı olmalı, Türkmənistanda milliyətcə türkmən olmalı, Yunanıstanda atası yunan mənşəli olmalı, İtaliyada yaşı 50-dən az olmamalı, Qırğızıstanda yaşı 65-dən yuxarı olmamalı, Əlcəzairdə müsəlman olmalı, Ukraynada dövlət dilini bilməlidir və s”.Hüquqşünas deyir ki, Azərbaycan Konstitusiyasının 100-cü maddəsində Prezidentliyə namizədlərə aid yeddi tələb müəyyən edilib və bu tələblərdən hər hansı birinin yerinə yetirilməməsi müfaviq şəxsin namizədliyinin qeydə alınmaması üçün əsas ola bilər: “Məlum olduğu kimi, göstərilən tələblərdən biri – “başqa dövlətlər qarşısında öhdəliyi olmayan” müddəası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 1 avqust tarixli qərarında şərh edilib. Xatırladım ki, Konstitusiya Məhkəməsinin qərarları bütün ölkə ərazisində məcburi qüvvəyə malikdir. Əlbəttə, kimsə Konstitusiya Məhkəməsinin bu və ya digər qərarı ilə və ya hüquqi mövqeyi ilə razılaşmaya bilər, yaxud onu fərqli şəkildə şərh edə bilər, amma belə bir rəyin və ya şərhin heç bir hüquqi əhəmiyyəti olmayacaq; Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”.Lətif Hüseynov deyir ki, başqa dövlət qarşısında öhdəliyi olan şəxs Azərbaycan Respublikasının Konstitusiyasına görə nəinki Prezident seçilə bilməz, heç baş nazir, baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin edilə bilməz (121-ci maddə), Milli Məclisə deputat seçilə bilməz (85-ci maddənin II hissəsi). Bu tələbin əsasında dayanan başlıca ideya ondan ibarətdir ki, başqa bir dövlət qarşısında öhdəlik həyata keçirən və deməli, həmin dövlətdən müəyyən dərəcədə asılılığı olan şəxsə adını çəkdiyim mühüm dövlət vəzifələri həvalə oluna bilməz: “Hesab edirəm ki, Azərbaycan dövlətinin müstəqilliyinin təminatçısı kimi konstitusion vəzifəni həyata keçirməli olan şəxs, yəni Azərbaycan Respublikasının Prezidenti üçün hər hansı xarici dövlətə siyasi-hüquqi bağlılıq, xarici dövlət qarşısında öhdəliklərin olması xüsusilə yolverilməzdir”.“Başqa dövlət qarşısında öhdəliyi olmayan...” ifadəsinin bilavasitə şərhinə gəldikdə isə, hüquqşünas bunları dedi:- Birincisi, söhbət burada dövlət qarşısında olan öhdəliklərdən gedir. Hər hansı başqa ölkədə özəl şəxslər qarşısında götürülən öhdəliklər buraya daxil deyil. Başqa dövlət qarşısında olan öhdəliklərə misal olaraq, həmin dövlətin ərazisini müəyyən olunmuş müddətdən artıq tərk etməmək, yaşadığı yerdən kənara çıxmamaq, qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi ödəmək öhdəliklərini göstərmək olar.İkincisi, bu öhdəliklər həm müvafiq xarici dövlətin milli qanunvericiliyindən, həm də beynəlxalq müqavilələrdən irəli gələ bilər.Üçüncüsü, şəxsin xarici ölkənin ərazisində hər hansı müddət ərzində olarkən həmin ölkənin Konstitusiyasına və qanunlarına tabe olmaq vəzifəsi həmin dövlət qarşısında öhdəliyə malik olması kimi nəzərdən keçirilməməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq