Rüstəm Orucova vəzifə verildi - Fəridə Əzizova isə müavini oldu

Rüstəm Orucova vəzifə verildi - Fəridə Əzizova isə müavini oldu
İDMAN
14:22 19.03.2025
375
Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, bu barədə MOK-dan məlumat verilib.

MOK-un inzibati binasında keçirilən iclasda Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini seçilib.

Yeni tərkibdə Leyla Əliyeva, İradə Aşumova, Hacı Əliyev, Nazim Babayev, Təranə Abbasova, Fatimə Alkərəmova və Rəsul Çunayev da yer alıb.
OXŞAR XƏBƏRLƏR