Sünbül ZalovaDeməli belə , yeni dərs ili başladı.. Ancaq yenə də köhnə hamam , köhnə tas.. Bu məsəli boşuna çəkmirəm. Belə ki, ibtidai sinifə başlayan balacalar dərs ilini sevinclə qarşılasada , valdeyinlərin şikayətləri var. Məktəblərin bəzisində vəziyyət belədi: Uşağının təhsilini ona hazırlıq keçən müəllimənin verməsini istəyirsənsə , ən azı 50 manat “hörmət” etməlisən. Etmirsənsə başqa sinifə, başqa müəlliməyə verilir. Bu dəfə də bu müəllimə başlayır, 30 manat pul verilməlidir. Valideyn deyendə ki, müdir deyib, heç kimə pul verməyin. Müəllim isə “müdir sizə deyir pul vermiyin, bizə deyir pulları yığın” cavabını verir. İmkanım yoxdur, gücüm çatmır, istəsəz 20 manat vere bilərim, müdirə şikayət edəcəm kimi sözlərin nəticəsi isə, “nəzərə al ki, uşağın 4 il mənim əlimdədir” cavabı olur. Bunlara deyən lazımdı ki, bura dağ başıdı. Sənin əlində olanda nə olur. Sizi ora dərs keçməyə qoyublar yoxsa şantajla pul yığmağa? Yazım biləsiz ki, özünü müəllimədən çox valdeyinləri hədələyib pul yığan kimi Xətai rayonu 64 saylı orta məktəbin əməkdaşları hesab edir.Fikirləşə bilərsiz ki, 30 manat elədə böyük məbləğ deyil. Ancaq bu da var ki, elə ailə var 2-3 uşağı təhsil alır. Bu uşaqların dərdi tək məktəb deyil axı. Kitabı var, dəftəri var, geyimi var, yeməyi var.. Adı üstündə dövlət məktəbi.. pulla olacaqsa yığışdırılsın yalnız özəl məktəblər fəaliyyət göstərsin. Valdeyin də bilər pulu ona görə ödəyir ki, övladı özəl məktəbdə daha savadlı , uşaqlara pulla dəyər verməyən müəlimmənin təhsilini alır. ( təbii ki, sözüm hər kəsə aid deyil) Meşə çaqqalsız olmaz . Ancaq təhsil sistemi belələrindən təmizlənməlidir.Təhsil belə getsə daha betər günə qalar. Uşağa müəlliməni pulla seçirsən. Qabaqdan gələn müəllimələr gününə hər uşağa 20 manat pul yığılır. Dərsləri evdə valdeyin öyrədir. Və nəticə keçid balları bu birinci siniflərin abutiryent vaxtı 10 balla düşsə təəcüblənməyin..