Rüşvət alnımıza yazılıb - KÖŞƏ

Rüşvət alnımıza yazılıb - KÖŞƏ
KÖŞƏ
13:16 20.09.2012
2156
Sünbül ZalovaDeməli belə , yeni dərs ili başladı.. Ancaq yenə  də köhnə hamam , köhnə tas..  Bu məsəli boşuna çəkmirəm.  Belə ki, ibtidai sinifə başlayan balacalar dərs ilini sevinclə qarşılasada , valdeyinlərin  şikayətləri var.  Məktəblərin bəzisində vəziyyət belədi: Uşağının  təhsilini ona hazırlıq keçən müəllimənin  verməsini istəyirsənsə , ən azı 50 manat “hörmət”  etməlisən.  Etmirsənsə  başqa  sinifə, başqa müəlliməyə verilir.  Bu dəfə də bu müəllimə başlayır, 30 manat  pul verilməlidir.  Valideyn  deyendə ki, müdir deyib, heç kimə pul verməyin. Müəllim isə  “müdir sizə deyir pul vermiyin, bizə deyir pulları yığın” cavabını verir. İmkanım yoxdur, gücüm çatmır, istəsəz 20 manat vere bilərim, müdirə şikayət edəcəm kimi sözlərin nəticəsi isə, “nəzərə al ki, uşağın 4 il mənim əlimdədir” cavabı olur. Bunlara deyən lazımdı  ki, bura dağ başıdı. Sənin əlində olanda nə olur. Sizi ora dərs keçməyə qoyublar yoxsa şantajla pul yığmağa? Yazım biləsiz ki, özünü  müəllimədən çox  valdeyinləri  hədələyib pul yığan kimi Xətai rayonu 64 saylı  orta məktəbin əməkdaşları hesab edir.Fikirləşə bilərsiz ki, 30 manat elədə böyük məbləğ deyil.  Ancaq bu da var ki, elə ailə var  2-3 uşağı təhsil alır.  Bu uşaqların dərdi tək məktəb deyil axı. Kitabı var, dəftəri var, geyimi var, yeməyi var..  Adı üstündə dövlət məktəbi.. pulla olacaqsa yığışdırılsın yalnız özəl məktəblər fəaliyyət göstərsin. Valdeyin də bilər pulu ona görə ödəyir ki, övladı özəl məktəbdə daha savadlı ,  uşaqlara pulla dəyər verməyən müəlimmənin təhsilini alır. ( təbii ki, sözüm hər  kəsə aid deyil) Meşə çaqqalsız olmaz . Ancaq təhsil sistemi belələrindən təmizlənməlidir.Təhsil belə getsə daha betər günə qalar. Uşağa müəlliməni pulla seçirsən. Qabaqdan gələn müəllimələr gününə hər uşağa 20 manat pul yığılır.  Dərsləri evdə valdeyin öyrədir.   Və nəticə keçid balları bu birinci siniflərin abutiryent vaxtı 10 balla düşsə təəcüblənməyin..
OXŞAR XƏBƏRLƏR