Rüşvət qalmaqalından danışan jurnalisti canlı yayımda öldürdülər

DÜNYA
17:03 07.08.2015
2052

Öz verilişində rüşvət qalmaqalı haqqında məlumat verən jurnalist canlı yayımda qətlə yetirilib.

AZXEBER.COM “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Braziliyanin şimal-şərqində yerləşən Kamosim şəhərində yerli radionun canlı efirində bəzı siyasətçilərin adının hallandığı rüşvət olaylarını açıqlayan jurnalist Qleydson Karvalyo adlı jurnalist studiyaya girən iki nəfər tərəfindən güllələnib.
Q.Karvalyonun aldığı güllə yaralarından yerindəcə öldüyü və qatillərin qaçdıqları açıqlanıb.
Məlumata görə, Q.Karvalyo bölgədə rüşvətlə mübarizədə ən prinsipial şəxslərdən biri kimi tanınıb.
Bu istiqamətdə fəaliyyətinə görə sosial şəbəkələrdə dəfələrlə ölümlə təhdid olunan jurnalist bu barədə polisə də məlumat vermişdi.
Qətldən sonra küçələrə axışan Kamosim sakinlərin qatillərin tapılaraq cəzalandırılmasını tələb ediblər.
OXŞAR XƏBƏRLƏR