NATO-nun baş katibi Mark Rütte Niderlandın ABŞ-dan Ukrayna üçün 500 milyon avro dəyərində silah alması qərarını alqışlayıb və digər NATO ölkələrini də təcili olaraq Haaqanın addımını təkrarlamağa çağırıb.
Bu barədə NATO-nun mətbuat xidməti tərəfindən yayılmış açıqlamada deyilir.
"Ukraynaya dəstək üçün maliyyə yükünün bölüşdürülməsi təşəbbüsünə töhfə vermək məqsədilə mən artıq bütün NATO ölkələrinə müraciət etmişəm. Yaxın vaxtlarda digər NATO ölkələrindən də bu istiqamətdə analoji açıqlamalar gözləyirəm", – deyə Mark Rütte bildirib.
/APA