Rövnəq Abdullayev: “Avro-2020” oyunlarının Bakıda keçirilməsi üçün hər şeyi edəcəyik”

İDMAN
11:30 08.03.2014
1242

AFFA prezidenti Rövnəq Abdullayev Assosiasiyanın Hesabat Konfransında çıxış edərkən ötən ildə AFFA-nın fəaliyyətini dəyərləndirməklə yanaşı, Avropa-2020 Çempionatının final hissəsinin Bakıda keçirilməsi üçün edilən müraciət mövzusuna da toxunub.

AZXEBER.COM xəbər verir ki, çıxışı zamanı R.Abdullayev bildirib:“Ötən il Azərbaycan futbol yığması üçün uğurlu olub. Bizim əsas yığma komandamız Dünya Çempionatı-2014-ün seçim turlarında 9 bal toplayıb. Yeni layihələr gerçəkləşdirilib. Bakı Avro-2020 oyunlarını keçirməyə namizəddir. Ölkə Prezidenti İlham Əliyevə bizim bu təşəbbüsümüzü dəstəklədiyi üçün minnətdarlığımızı bildiririk. Bu oyunların ölkəmizdə keçirilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

OXŞAR XƏBƏRLƏR