Rövnəq Abdullayev: “Berti Foqtsun taleyi Avstriya və Türkiyə ilə oyunlardan asılıdır”

İDMAN
20:50 20.09.2011
1426
“Belçika və Qazaxıstanla oyunlarda qazanılan uğurlu nəticələrə görə futbolçulara mükafat veriləcək, ancaq o qədər yox. Futbolçular mükafatdan daha çox özlərini bərpa etmək haqda düşünməlidirlər". Bu sözləri jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib. Media nümayəndələri ilə görüşündə jurnalistlərin daha çox mükafatla bağlı suallar verməsinə irad tutan Abdullayev daha sonra Berti Foqtsun gələcək taleyinə münasibət bildirib. “Foqtsun hələ qarşıda iki sınağı var. Onun taleyi məhz Avstriya və Türkiyə ilə oyunlardan asılıdır. Yalnız bundan sonra Foqtsun komandadakı taleyinə aydınlıq gələcək”.

OXŞAR XƏBƏRLƏR