Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
AZXEBER.COM-un affa.az-a istinadən məlumatına görə, R.Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
AFFA-nın baş katibi Elxan Məmmədov görüşdə iştirak edib.