Rövnəq Abdullayev “İlin adamı” seçildi

Rövnəq Abdullayev “İlin adamı” seçildi
00:32 21.06.2012
1747

Bu gün ARDNŞ-in Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev Qafqaz universitetinin rektoru Ahmet Saniç və Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərin ilə görüşüb.

Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Qafqaz Universiteti qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında liderlər sırasındadır. Gənclər bu universitetə daha çox maraq göstərir. ARDNŞ-də son vaxtlar Qafqaz universitetinin məzunları müsabiqə yolu ilə daha tez-tez işə qəbul olunurlar. Universitetin tələbə və məzunları ARDNŞ-in həyata keçirdiyi təhsil proqramlarında fəal iştirak edir, müsabiqələrdə yüksək nailiyyətlər əldə edirlər. R.Abdullayev bu nailiyyətlərinə görə universitet rəhbərliyini təbrik edib, onlara uğurlar arzulayıb. Qəbul üçün təşəkkürünü bildirən Qafqaz universitetinin rektoru Ahmet Saniç təmsil etdiyi ali təhsil ocağında görülən işlərdən danışıb, həyata keçirmək istədikləri yeni layihələr haqda ARDNŞ prezidentinə məlumat verib. Bu il universitetdə açılmış “Kimya mühəndisliyi” fakültəsi ilə “Azərikimya” İstehsalat Birliyi arasında qurulmuş sıx əməkdaşlıq münasibətlərini qeyd edib. ARDNŞ-in perspektiv layihələrindən, o cümlədən kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlardan ətraflı söz açan R.Abdullayev qeyd olunan sahələrdə Qafqaz Universiteti tələbələrinin Şirkətin müvafiq idarə və müəssisələrində təcrübə keçmələri, kurs və diplom işləri hazırlamaları üçün gələcəkdə də hər cür şəraitin yaradılacağını vurğulayıb. Görüşün sonunda Qafqaz universitetinin rektoru Ahmet Saniç bildirib ki, bu ilin mayında universitetdə keçirilmiş Tələbə Forumu çərçivəsində 3000-dən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev “İlin idman adamı” seçilib. Səsvermədə iştirak etmiş tələbələr idman sahəsində keyfiyyətli və nümunəvi xidmətlərinə, həyata keçirdiyi yeniliklərə və qazandığı nailiyyətlərə görə Rövnəq Abdullayevə üstünlük veriblər. A.Saniç “İlin idman adamı” nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib. ARDNŞ prezidenti layiq görüldüyü mükafata görə təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib