Rövnəq Abdullayev Mərkəzləşdirilmiş Mətbəənin açılışını edib

İQTİSADİYYAT
16:39 13.05.2013
3224

Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində (İTRİ) yerləşən Mərkəzləşdirilmiş Mətbəəsinin açılışı olub.

AZXEBER.COM-un məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev mətbəənin Yaponiya və Almaniya istehsalı olan avadanlıqlarının iş prinsipi ilə tanış olub. İdarənin rəisi İnayət Hüseynov məlumat verib ki, İTRİ-nin strukturunda fəaliyyət göstərən və beynəlxalq standartlara cavab verən müasir rəqəmsal texnologiyalara uyğun avadanlıqlarla təchiz olunmuş Mərkəzləşdirilmiş Mətbəədə şirkətin bütün müəssisələrindən verilən sifarişlər icra olunur. Bildirilib ki, mətbəədə bir saat ərzində B2 formatda 16 min tirajla məhsul çap etmək mümkündür.

Qeyd edək ki, mətbəədə istifadə olunan bütün digər çap avadanlıqları kimi, Almaniya istehsalı olan “Roland 200” ofset çap maşını və “Wöhlenberq” kəsim aparatları da ən müasir mətbəə avadanlığıdır və bu qurğulardan istifadə zamanı, insan əməyindən çox məhdud səviyyədə istifadə edilir. ARDNŞ prezidentinə mətbəədə aparılan çap prosesi, nəşr məhsullarının nümunələri nümayiş etdirilib. Rövnəq Abdullayev mətbəədə yaradılan şəraitdən razılığını bildirib.

OXŞAR XƏBƏRLƏR