Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik etdi - FOTO

Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik etdi - FOTO
İDMAN
11:58 13.04.2022
334
AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

AZXEBER.COM-un məlumatına görə, assosiasiya rəhbəri qurumun inzibatı binasında təcrübəli mütəxəssislə görüşüb.

AFFA prezidenti onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb. Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.
 

 



OXŞAR XƏBƏRLƏR