Noyabrın 10-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib.
Şirkətdən AZXEBER.COM-a verilən məlumata görə, o, səfər çərçivəsində bu ölkənin baş naziri Antonis Samarasla görüşüb.Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.Qeyd edək ki, ötən il dekabrın 21-də Yunanıstanın “DESFA” şirkətinə məxsus səhmlərin əsas hissəsinin alqı-satqı müqaviləsi imzalanıb.