"Lex"ə "lox" deyən, bütün dövrlərdə istefası arzulanan adam - Ramin Musayev kim idi?

"Lex"ə "lox" deyən, bütün dövrlərdə istefası arzulanan adam - Ramin Musayev kim idi?
SOSİAL
12:21 29.07.2022
6188
2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışan, uzun illər "Neftçi” klubunun vitse-prezidenti olan Ramin Musayev bu gün gözlənilməz qərarla tutduğu vəzifədən istefa verib. 

Onun səhhətinə görə PFL-dən getdiyi bildirilsə də, bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb.

SOCAR-ın eks prezidenti Rövnəq Abdullayevin ən yaxın adamlarından biri olan, PFL-də gördüyü işlər birmənalı qarşılanmayan, Azərbaycan futbol ictimaiyyəti tərəfindən o qədər də arzulanan şəxs olmayan Ramin Musayev yaddaşlarda necə qalıb?

AZXEBER.COM Ramin Musayevin fəaliyyət yolu və gündəmə gəldiyi hadisələrlə bağlı kiçik araşdırma aparıb.

2016-cı ildə Ramin Musayevin AFFA-da keçirdiyi iclasda dedikləri xeyli müzakirə olunmuşdu. İclasda birinci dəstə klublarının rəhbərləri və baş məşqçiləri iştirak edirdilər. Musayev həmin vaxtlarda dərc olunan tənqidi məqalələri iclas iştirakçılarının diqqətinə çatdıraraq onlara xəbərdarlıq etmişdi.
 
O, klub rəhbərlərinə müraciət edərək: "İşi elə görün ki, səs-sorağı çıxmasın, oyunları satırsınız, sonra söz mənə gəlir, elə edin ki, heç kim bilməsin" demişdi. Bu hadisə uzun illər müzakirələrə səbəb olmuşdu. 

2019-cu ildə Ramin Musayev daha bir hadisə ilə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Premyer Liqasında paytaxt klubunun uğursuz çıxışı PFL prezidenti Ramin Musayevi əsəbləşdirmişdi. Respublika stadionunda keçirilən dördüncü turun oyununda "Neftçi”nin "Qarabağ”a məğlubiyyətinin ardından Ramin Musayev Bakı təmsilçisinin rəhbəri Kamran Quliyevin qarşısını kəsib, ona hər kəsin yanında sərt sözlər işlətmişdi. 

Ramin Musayev zamanla müxtəlif hadisə və açıqlamalarla tənqid və müzakirə obyektinə çevrilib.  Elə ən son "Qarabağ” – "Lex” oyunundan sonra Musayevin fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Azərbaycan Premyer Liqasının 2022/23 mövsümü ilə bağlı AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində jurnalistlərin suallarını cavablandıran Ramin Musayev sözügedən oyuna bu cür münasibət bildirmişdi:

"Belə düşünürdük ki, "Qarabağ” "Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov "Lex”in adını "lox” elədi”. Qurum rəhbərinin bu fikirləri ciddi tənqidlərə səbəb oldu. 

Daha sonra o, bununla bağlı açıqlama verərək, sözlərinə aydınlıq gətirmişdi: 
 
"O sözü aşağılamaq niyyəti ilə deməmişəm. Kim bu sözü təhqir kimi qəbul edirsə, öz işidir. Düzdür, jarqon ifadədir, amma təhqir deyil. "Lox” sözü aciz mənasında işlənir. İnsan insana deyir ki, "sən məni loxlamaq istəyirsən?” Yəni aldatmaq istəyirsən? İstər hər hansı klub, istər insan, istərsə də heyvan haqqında heç vaxt təhqiramiz, kimisə alçaldacaq söz işlətmərəm”.

Bütün bunlar Musayevin fəaliyyətinin kiçik bir hissəsini əhatə edir. 

Qeyd edək ki, SOCAR-a yeni rəhbərlik təyin olunandan sonra uğursuz və yarıtmaz fəaliyyəti ilə diqqət mərkəzində olan AFFA rəhbərliyində də dəyişikliklərin olacağı bildirilir. 

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”