Rövşən Bayramov qızıl medal qazana bilməməsinin səbəbini açıqladı
İDMAN
16:11 06.08.2012
2011
"Çox təəssüf ki, finalda məğlub oldum. Qələbə üçün alışıb-yanırdım". AZXEBER.COM-un olimpiya.az saytının Londona ezam olunmuş xüsusi müxbirinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının üzvü Rövşən Bayramov deyib.Dünən London Yay Olimpiya Oyunlarında gümüş medala sahib çıxan idmançımız həlledici görüşdə uduzduğuna görə, təəssüfünü gizlətməyib: "Amma nəzərə alın ki, rəqibim çox güclü idmançı idi. Həm Pekində, həm də Londonda gümüş medal qazandım. Çox istərdim ki, qızıl medala sahib olub. Ancaq bu dəfə alınmadı".