“Rövşən Əkbərov məhkəmədə təhqiramiz ifadələr işlədir”

“Rövşən Əkbərov məhkəmədə təhqiramiz ifadələr işlədir”
SOSİAL
09:28 02.09.2021
543
Vəkil Elçin Sadıqov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, müraciət hazırda həbsdə olan və iş adamı Elçin Əliyevi öldürməkdə ittiham edilən general-polkovnik Rövşən Əkbərovun məhkəmə prosesi ilə bağlıdır.

Mərhum E.Əliyevin ailəsinin vəkili olan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov qeyd edib ki, az ağır cinayətdə təqsirləndirilən şəxsi belə məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar:

"Lakin Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, o, açıq məhkəmə iclasında qolunda qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan otuzdurulur.

İstədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir.

Hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə "sən bağla” kimi sözlər deyir. Şahidləri təhqir edir ki, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsin.

Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov edir və buna şərait yaradır.

Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tezalışandır və istənilən vaxt o, digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir”.

E.Sadıqov qeyd edib ki, məhkəmə iclaslarında karantin rejimi qaydaları gözlənilmir: "Rövşən Əkbərovun bütün qohum əqrabası, dost-tanışı məhkəmə iclas zalına buraxılırlar.

Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyyələrinizi verəsiniz”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq